Hörmətlə yarat, məsuliyyətlə paylaş.

İcma qaydaları

Öz yaratdığın və paylaşmaq hüququn olan sənəti yerləşdir. Yeni şəkillər, avatarlar və redaktələr moderator təsdiqindən sonra ictimai görünür.

Yaradıcılığa hörmət

Başqasının əsərini özününkü kimi təqdim etmə. Tənqidi əsərə yönəlt, insana hücum etmə. Təhdid, nifrət, təqib, spam, fırıldaq və qanunsuz material qəbul edilmir. Bədii kontekst insan moderator tərəfindən qiymətləndirilir.

Şərhlər və mesajlar

Şəxsi sənəd, FIN, şifrə və bank kartı məlumatı istəmə və paylaşma. Şəxsi söhbəti interfeysdə yalnız iştirakçıları oxuyur. Şikayət ediləndə icazəli moderator yalnız konkret bildirilmiş mesaja baxa bilər. Mesajlar uçdan-uca şifrələnmir. Bloklama hər iki istiqamətdə yeni əlaqəni dayandırır, əvvəlki tarixçəni avtomatik silmir.

Alış barədə əlaqə

Satışa açıq fiziki əsər və eskiz üçün WhatsApp alış sorğusu yarada bilərsən. Saytda ödəniş qəbul edilmir. Sorğu özü rezervasiya, göndərilmiş WhatsApp mesajı və tamamlanmış satış demək deyil. Şərtlər ayrıca dəqiqləşdirilir.

Şikayət və qərar

Şikayət səbəbini aydın və qısa yaz. Müraciət təkbaşına avtomatik cəza yaratmır. Moderator qərarı, səbəbi və tətbiq olunan məhdudiyyət hesabında göstərilir.